Latviya Kiyevə haubitsalar, raketlər və helikopterlər çatdıracaq - ÖZƏL

"Latviya Ukraynaya müxtəlif silah, sursat və texnikanın daxil olduğu yeni hərbi yardım paketini çatdırmağa hazırlaşır".

Olaylar.az xəbər verir ki, bunu ölkənin milli yayımçı portalı qeyd edib..
"Mən Ukrayna prezidentinə haubitsalar, artilleriya mərmiləri, tank əleyhinə silahlar, yer-hava raketləri, minaatanlar, vertolyotlar, pilotsuz maşınlar və soyuq hava şəraitinə uyğun şəxsi avadanlıqlardan ibarət yardım paketi haqqında məlumat verdim" - deyə, Latviya prezidenti bildirib.
Rinkeviç əlavə edib ki, Ukraynaya yardım Baltikyanı ölkənin ÜDM-nin təxminən 1%-ni təşkil edir və 600 milyon avronu ötür.
Riqa və Kiyev müdafiə və təhlükəsizlik sənayesində birgə layihələrin həyata keçirilməsinə yönəlmiş hərbi sahədə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31