Geyiminə görə çətin anlar yaşadı - Müğənni otura bilmədi - FOTO
11 Yanvar 2024 10:16 DünyaAlban əsilli britaniyalı müğənni Dua Lipanın "Qızıl Qlobus" mükafatlandırma mərasimində geyindiyi libas gündəm olub.
Olaylar.az xəbər verir ki, həm gözəlliyi, həm də səsi ilə hər zaman gündəmdə olan Dua Lipa sosial mediadan aktiv istifadə edənlərdəndir.
Müğənni ötən gün "Qızıl Qlobus" mükafatlandırma mərasiminə diqqətçəkən geyimdə qatılıb.
"Barbie" filmindəki mahnısı ilə mükafata namizəd olan Lipa mərasimdən əliboş qayıdarkən geyiminə görə çətin anlar yaşayıb.
Ruhdan düşmək əvəzinə vəziyyətdən əylənən gözəl ulduz, əynindəki paltarın darlığına və narahatlığına görə kresloda necə otura bilmədiyini göstərən əyləncəli video çəkərək sosial media hesabında paylaşıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31