Blinken Fələstin prezidenti ilə görüşüb - KİV

ABŞ dövlət katibi Antoni Blinken Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə "Al-Qahera al-Ihbariya" telekanalı məlumat yayıb.

Bildirilib ki, Mahmud Abbas Blinkeni İordan çayının qərb sahilində Ramallah şəhərindəki iqamətgahında qəbul edib.

Görüşdə Qəzza zolağındakı vəziyyət və İordan çayının qərb sahilində vəziyyətin kəskinləşməsi müzakirə olunub.

Qeyd edək ki, Blinken regiona səfəri çərçivəsində bundan əvvəl İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31