Rusiyanın Saratov vilayətində Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiyanın Saratov vilayətinin Volqa bölgəsində Ukraynaya məxsus sabit qanadlı pilotsuz təyyarəni vurduğunu bildirib.
"Bu gün səhər saatlarında Kiyev rejiminin stasionar qanadlı pilotsuz uçan aparatdan istifadə etməklə Rusiyadakı obyektlərə terror hücumu təşkil etmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus pilotsuz uçuş aparatını Saratov vilayətinin ərazisi üzərində məhv edib", - nazirlik bildirib.
Regionun qubernatoru Roman Busargin Telegram-da yazıb ki, pilotsuz uçan aparat heç bir ziyan vurmayıb.
"Hər hansı xəsarət almayıb, yaşayış məntəqələrində infrastruktura ziyan dəyməyib. Bütün obyektlər normal rejimdə işləyir", - o, açıqlamasında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31