Trampa ağır itki
10 Yanvar 2024 14:42 DünyaABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp anası Amalia Knavsın vəfat etdiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, 78 yaşlı qadın yanvarın 9-da dünyasını dəyişib.
"Sevimli anamın vəfatını dərin hüznlə elan edirəm. Amalia Knavs özünü həmişə lütf, hərarət və ləyaqətlə daşıyan güclü qadın idi. O, bütünlüklə ərinə, qızlarına, nəvəsinə və kürəkəninə sadiq idi", - amerikalı siyasətçinin həyat yoldaşı yazıb.
O əlavə edib ki, bütün ailə Knavs üçün darıxacaq və onun irsinə hörmət edəcək. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31