Paşinyan orduya tapşırıqlar verdi
10 Yanvar 2024 14:35 DünyaErmənistanın baş naziri Nikol Paşinyan orduda nizam-intizamın gücləndirilməsi üçün tədbirlərin görülməsi barədə tapşırıq verib.
Olaylar.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, N.Paşinyan Müdafiə Nazirliyində keçirilən yekun iclasda ordu rəhbərliyinə nizam-intizamın gücləndirilməsi üçün tədbirlər görməyi tapşırıb.
Xatırladaq ki, yanvarın 9-da Ermənistanın Basarkeçər rayonunda MN-nin hərbi hissələrindən birində xidməti postda müddətli hərbi qulluqçu Karen Karapetyanın meyiti aşkar edilib. Bir neçə saat sonra isə baş leytenant Mikael Danielyanın meyiti güllə yarası ilə başqa postda tapılıb. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31