Ermənistanda baş leytenantın ölüm faktı ilə bağlı cinayət işi açılıb
10 Yanvar 2024 13:59 DünyaErmənistanda baş leytenant Mikael Danielyanın ölüm faktı ilə bağlı cinayət işi açılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaq Komitəsinin ikin məlumatlara görə, hərbçi ona təhkim edilmiş silahdan çənə nahiyəsinə açılan atəş nəticəsində ölümcül yaralanıb.
Qeyd olunub ki, hərbçinin ölüm şəraitinin aydınlaşdırılması üçün zəruri və təxirəsalınmaz bütün tədbirlər görülüb. Həmçinin, hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar keçirilib və şahidlər dindirilib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31