Ukrayna prezidenti Zelenski: "Rusiyanın müdafiə sənayesi yavaşlayır"- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı sanksiyaların işə yaradığını və Rusiya müdafiə sənayesinin yavaşlamağa başladığını bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski açıqlamasında deyib: "Biz hava hücumundan müdafiəni gücləndirmək üçün bütün tərəfdaşlarımızla işləməyə davam edirik. Eyni zamanda, biz Rusiyaya təzyiqləri artırırıq. Dünyanın tətbiq etdiyi sanksiyalar mütləq işləyir. Yaxşı işləyir. Rusiya müdafiə sənayesində yavaşlamanın açıq sübutları var. "Lakin sanksiyaların 100 faiz effektiv olması üçün sanksiyaları pozmaq planlarının 100 faiz qarşısı alınmalıdır", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31