Baydenin məsləhətçisi Qətər hökuməti ilə Qəzza zolağındakı girovların azad olunmasını müzakirə edib - KİV
10 Yanvar 2024 13:13 DünyaAğ Evin Yaxın Şərq və Şimali Afrika üzrə Milli Təhlükəsizlik Şurasının əlaqələndiricisi Bret Makqerk Qətər hökuməti ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi barədə məsləhətləşmələr keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə "Axios" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Makqerk yanvarın 9-da Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə Dohada görüşüb. Görüşdə girovların azad edilməsi edilməsi istiqamətində səylər müzakirə olunub.
Agentliyin məlumatına görə, Ağ Evin nümayəndəsinin səfəri gizli saxlanılıb.
Xatırladaq ki, bir qədər əvvəl "Axios" portalı Qətərin baş naziri Muhamməd bin Abul Rahman Əl Taninin Dohada girovların ailələri ilə görüşünün yekunlarına əsasən məlumat yayıb. Məlumata görə, HƏMAS qruplaşmanın rəhbər şəxslərindən biri olan Saleh əl-Ərurinin Beyrut yaxınlığında öldürülməsi Qəzza zolağında saxlanılan girovların azad edilməsi prosesinin çətinləşdirib.