ABŞ səfirliyi Ekvadorda konsulluq xidmətlərinin göstərilməsini dayandırıb

ABŞ-nin Ekvadordakı diplomatik nümayəndəlikləri, o cümlədən, paytaxt Kito şəhərindəki səfirlik ölkədə konsulluq xidmətlərinin göstərilməsini dayandırıb.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat ABŞ-nin Ekvadordakı səfirliyinin saytında dərc olunub.

Məlumata görə, ABŞ-nin Kito səfirliyində və Quayakil şəhərindəki konsulluqda viza, pasport əldə edilməsi üçün ərizəçilərin qəbulu, eləcə də digər konsulluq xidmətləri 10 yanvar 2024-cü ildən dayandırılıb.

Qeyd olunub ki, konsulluq xidmətlərinin dayandırılması Ekvadorda son zamanlarda müşahidə olunan zorakılıq dalğası ilə əlaqəlidir. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31