Bu rayona qadın prokuror TƏYİN EDİLİB
7 Yanvar 2024 20:36 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Xızı rayonuna yeni prokuror təyin edilib.
Olaylar.az xəbər verir Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanova Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.
Qeyd edilir ki, bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində çalışıb.
Xatırladaq ki, bu təyinata qədər Xızı rayonunun prokuroru Rahim Səfəralıyev olub. Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən Rahim Səfəralıyev işdən çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31