Ərdoğan Səudiyyəyə gedir: Fövqəladə iclas
10 Noyabr 2023 21:41 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı liderlərinin Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclasında iştirak edəcək.
Bundan başqa, Türkiyə prezidentinin iclas çərçivəsində iştirakçı liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də vurğulanıb.
Qeyd edək ki, İƏT liderlərinin Qəzza ilə bağlı bazar gününə (12 noyabr) təyin edilmiş fövqəladə toplantısının vaxtı dəyişdirilərək 11 noyabra təyin edilib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31