Ərdoğan Almaniyaya SƏFƏR EDƏCƏK

Almaniya kansleri Olaf Şolts noyabrın 17-də Berlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsinin müavini Kristian Hofman brifinqdə bildirib.

"Cümə günü axşam kansler Türkiyə Prezidenti ilə görüşəcək. İşgüzar nahar zamanı müxtəlif siyasi mövzular müzakirə olunacaq", - o deyib.

Bundan başqa, Türkiyə lideri Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə də görüş keçirəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31