Türkiyədə narkotik kartelinin lideri saxlanıldı

İstanbulda keçirilən "Kartel Əməliyyatı" ilə "Kompanio Bello" adlı narkotik kartelinin lideri Dritan Rexhepi saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin "X" sosial şəbəkəsində məlumat paylaşılıb.

Məlumata görə, Cənubi Amerikadan Avropaya narkotik daşınması ilə məşğul olan kartel lideri qırmızı bülletenlə axtarışda idi.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını paylaşıb. Belə ki, Dritan Rexhepi İtaliya və Albaniyanın səlahiyyətli qurumları tərəfindən qəsdən adam öldürmə, narkotik ticarəti, insan oğurluğu, səyahət sənədlərində saxtakarlıq, silah və sursat saxlama kimi ittihamlarla axtarışda olub. (Trend)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31