İranda son bir gündə 12 məhbus edam edildi
10 Noyabr 2023 13:47 Dünyaİranın Kirman və Güney Azərbaycanın Urmiya şəhərlərinin mərkəzi zindanlarında iki məhbus dar ağacından asılıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Məlumata görə, bununla da bir gündə İranda dar ağacından asılan məhbusların sayı 12 nəfərə çatıb.
Qeyd edək ki, Kirmanın mərkəzi həbsxanasında edam edilən şəxsin kimliyi bəlli deyil. Güney Azərbaycanda dar ağacından asılan məhbus isə Əkbər Fərəcidir. Hər ikisi adam öldürməkdə ittiham edilib. (Milli.az)
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31