İsrail HƏMAS-ın üç komandirini zərərsizləşdirdi

İsrailin Müdafiə Ordusu ŞABAK və Təhlükəsizlik Şurasının rəhbərliyi altında HƏMAS-ın Şimal briqadasının snayper bölməsinin komandiri, Noxbanın bölük komandiri və Qərbi Cabaliyanın manqa komandirini zərərsizləşdirib.

Olaylar.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Noxbanın bölük komandiri son zamanlar İsrail Müdafiə Ordusunun Qərbi Cabaliya rayonundakı qüvvələrinə qarşı hücumlara başçılıq edib.

Qeyd olunub ki, noyabrın 10-da gecə saatlarında İsrail ordusunun mövqelərinə HƏMAS-ın 19 silahlısı hücum edib. Onlar zərərsizləşdirilib, silah, sursat və texnikaları ya məhv edilib, ya da müsadirə olunub. (Trend)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31