Bir gündə 4 polis intihar etdi

Los-Ancelesdə bir gündə dörd polis məmuru intihar edib.

Olaylar.az bildirir ki, bu barədə "Los-Angeles Tayms" Los-Anceles polis rəisinin ofisinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu intihar hallarının bir-biri ilə əlaqəli olması barədə məlumat yoxdur.

Hadisədən sonra Los-Anceles polis rəisi Robert Lun əməkdaşlarına müraciət edərək, onları həmkarlarının sağlamlığına diqqət yetirməyə çağırıb:

"Biz bu ölümlərlə bağlı məlumatdan şoka düşdük. Belə çətin anlarda rütbə və vəzifəsindən asılı olmayaraq, əməkdaşların digər həmkarlarının və dostlarının durumunu izləməsi vacibdir". (axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31