İsrail Suriya ərazisinə də zərbə endirdi
10 Noyabr 2023 10:32 Dünyaİsrailin Müdafiə ordusu Suriya ərazisinə zərbə endirib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı ordunun Mətbuat xidməti yayıb.
Bildirilir ki, buna səbəb Suriya ərazisindən İsrailin Eylat şəhəri istiqamətində pilotsuz uçuş aparatı ilə hücum edilməsi olub.
Sözügedən PUA-nın Eylatda məktəbə düşdüyü bildirilir. Dağıntı və tələfat barədə məlumat verilməyib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31