Pentaqondan Yaxın Şərqlə bağlı XƏBƏRDARLIQ
9 Noyabr 2023 12:01 DünyaYaxın Şərqdə böyük eskalasiya başlayacaq.
Olaylar.az xaric KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə nümayəndəsi Dana Struhl bəyan edib.
Struhl Rusiyanın zenit-raket sistemlərinin "Hizbullah"a tədarükünü səbəb kimi qeyd edib.
"Bu kimi ssenarilər böyük eskalasiyaya səbəb olacaq", - o deyb.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib və qələbə qazanacaqlarını söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31