Robot insanı əzib öldürdü

Cənubi Koreyada robot insanı öldürüb.

Olaylar.az bildirir ki, sensor nasaz olduğu üçün o, adamı tərəvəz qutusundan ayıra bilməyib.

Hadisə müəssisə əməkdaşının konveynerə bibər qutularının qaldırıb yerləşdirən robotlardan birinin sensorlarının işini yoxlayarkən baş verib.

Bu zaman robotun qolu həmin adamı bir qutu tərəvəzlə səhv salıb, onu tutub və konveyner lentinə sıxaraq əzib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, xəstəxanada ölüb. (lent.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31