Türkiyənin Hatay vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.
Olaylar.az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Kırıkhan rayonunda olub. Yeraltı təkanların ocağı 8,28 km dərinlikdə yerləşib.
Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib.