ABŞ və Qətər İsraillə Qəzza zolağında humanitar fasilə elan edilməsini müzakirə edir

ABŞ və Qətər Qəzza zolağına yardımın çatdırılmasını və bəzi girovların azad edilməsini təmin etmək üçün üç günə qədər humanitar fasilə elan etmək ehtimalı barədə İsraillə danışıqlar aparır.

Olaylar.az-ın məlumatına görə, bu barədə iki diplomata istinadən "NBC News" telekanalı bildirib.

Qətər vasitəçi kimi çıxış edir və bir neçə həftədir ki, HƏMAS ilə humanitar fasilə ilə bağlı danışıqlar aparır. Qeyd olunub ki, İsrail atəşkəslə razılaşmadan əvvəl bütün HƏMAS girovlarının azad edilməsi şərtini irəli sürüb. Bununla belə, ərəb rəsmiləri ümidvar olduqlarını bildiriblər ki, kompromis əldə oluna və hələ də razılıq əldə oluna bilər. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31