Ukrayna əks-hücum planını açıqladı
8 Noyabr 2023 23:00 DünyaUkraynanın əks-hücumunun indi gərgin keçməsinə baxmayaraq ölkənin silahlı qüvvələri 2023 və 2024-cü illərdə hücumu davam etdirəcək.
Olaylar.az bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bizim hücumu hansı istiqamətdə aparacağımızla bağlı planlarımız var. Əks hücumun planlaşdırıldığı konkret hədəflər, şəhərlər və istiqamətlər müəyyən edilib. Bu il nəticə göstərməyə çalışacağıq. Gələn il üçün planımız var", - prezident bildirib. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31