Tacikistanla İran arasında önəmli memorandum imzalandı

Tacikistan və İran hökumətləri viza rejiminin ləğvi haqqında memorandum imzalayıblar.

Olaylar.az bildirir ki, bu barədə iki ölkənin prezidentləri Emoməli Rəhmon və İbrahim Rəisinin Düşənbədəki Millət Sarayında sənədə imza atıblar.

Tərəflər ilk dəfə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən ikitərəfli görüşdə bu barədə razılığa gəliblər.

Hazırda Tacikistandan İrana yalnız rəsmi və diplomatik pasport sahibləri vizasız gedə və orada bir aydan çox qala bilər.

Xatırladaq ki, bu gün Rəisi ikinci dəfə Düşənbəyə səfər edib. O, ilk dəfə 2021-ci ilin sentyabrında Tacikistana səfər edib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31