İŞİD Suriyada terror aktı törədib

İŞİD qruplaşmasının terrorçuları Suriyanın şərqindəki Rassafa bölgəsində silahlı hücum həyata keçiriblər.

Olaylar.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, terror aktı nəticəsində 20-dən çox əsgər həlak olub. Hadisə zamanı yaralanan təhlükəsizlik qüvvələri əməkdaşları xəstəxanalara çatdırılıblar.

Qeyd edək ki, Rassafa ərazisində İŞİD dəstələri son vaxtlar Suriya ordusunun nəzarət-buraxılış məntəqələrinə və hərbi nəqliyyat karvanlarına 13 dəfə hücum təşkil ediblər. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31