HƏMAS-a məxsus yüzlərlə intihar kəməri aşkar edilib

İsrail Silahlı Qüvvələri ölkənin cənubunda apardığı əməliyyatlar zamanı Fələstinin HƏMAS hərəkatının döyüşçülərinin atıb getdiyi 400-dən çox intihar kəməri aşkarlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (ÇAXAL) bəyanatında bildirilir.

Bundan əlavə, yüzlərlə odlu silah və qumbaraatan, o cümlədən 760 RPQ, 106 raket, 1,5 minə yaxın qumbara və 375 odlu silah da aşkar edilib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31