İsrail planlarını açıqladı - HƏMAS-dan sonra..

İsrailin müharibədən sonrakı planına Qəzza zolağının işğalı daxil deyil. Amma İsrail ordusu bölgədə təhlükəsizliyə nəzarət edəcək.

Olaylar.az bildirir ki, bunu baş nazir Benyamin Netanyahunun baş müşaviri Mark Reqev deyib.

"Təhlükəsizlik vəziyyəti ilə məşğul olmaq üçün nəzarəti əldən verməyəcəyik. Biz Qəzza zolağının hər hansı uzunmüddətli işğalından danışmırıq. HƏMAS-dan sonra Qəzzanın bərpası üçün beynəlxalq dəstəyin ola biləcəyi yeni bir çərçivə yaratmaqda maraqlıyıq. Ümid edirəm ki, ərəb ölkələrini silahsızlaşdırılmış dövləti bərpa etmək üçün cəlb edə bilərik", - Baş müşavir vurğulayıb. (teleqraf.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31