Britaniyadan Rusiyaya qarşı yeni sanksiyalar

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Krallığın hökumət portalında dərc edilib.

Hökumətin yeni sanksiyalar siyahısında Rusiyanın qızıl və neft sektorlarında fəaliyyət göstərən 29 fiziki və hüquqi şəxslər yer alır.

Britaniya hökuməti Kremlə qarşı tətbiq olunan sanksiyaları Ukraynadakı müharibənin maliyyələşdirilməsi ilə əsaslandırıb. Rusiyanın iki aparıcı qızıl istehsalçısı olan "Nord Gold PLC" və "Highland Gold Mining Ltd" şirkətlərinə, oliqarxlar Vladislav Sviblov və Konstantin Strukova da sanksiyalar tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31