Kabildə partlayış: Xeyli ölən var
7 Noyabr 2023 22:30 DünyaƏfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusunda baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, bu barədə "Tolo News" telekanalı şəhər polisinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.
"Kabilin Dəşt-e Bərçi bölgəsində avtobusun partlaması nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb", - telekanalın açıqlamasında deyilir.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31