Ukraynadakı hadisələr Amerika rəhbərliyinin nəticələrini göstərir - ÖZƏL

"Ukraynada və Yaxın Şərqdə baş verən son hadisələr qondarma Amerika rəhbərliyinin hansı nəticələrə səbəb olduğunu göstərir".
Olaylar.az xəbər verir ki, bunu səfir Anatoli Antonov bildirib.
"Foreign Affairs" jurnalında dərc olunmuş ABŞ kəşfiyyatının keçmiş əməkdaşının Bayden administrasiyasının Rusiya rəhbərliyi ilə yalnız "güclü mövqedən" danışmağı zəruri hesab etdiyi barədə yazdığı məqaləni şərh edən rusiyalı diplomat deyib: 

"Gəlin amerikalıların bizimlə ümumiyyətlə normal dialoq aparmaması faktından başlayaq. Onlar çoxsaylı beynəlxalq problemləri, o cümlədən regional böhranları Rusiya olmadan həll etmək imkanlarına inanaraq bütün sahələrdə əlaqələri azaldıblar. Biz qondarma Amerika rəhbərliyinin faciəvi nəticələrini Ukrayna və Yaxın Şərqdə baş verən hadisələrdə görürük. Hətta ABŞ-dakı ekspertlər ABŞ prezidenti Co Baydenin xarici siyasətini müflis adlandırmağa başladılar" - Antonov, təəssüflə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31