Ukrayna və Yaxın Şərq münaqişələri ABŞ-ın siyasətindən qaynaqlanır - ÖZƏL
7 Noyabr 2023 16:16 Dünya"Fələstin-İsrail və Ukrayna münaqişələrinin ortaq kökləri var, çünki onlar ABŞ və müttəfiqlərinin öz maraqlarını başqa ölkələrə sırımaq siyasətindən qaynaqlanır".
Olaylar.az xəbər verir ki, bunu yüksək səviyyəli rusiyalı deputat deyib.
Rusiya Dövlət Dumasının (parlamentin aşağı palatası) beynəlxalq komitəsinin sədri Leonid Slutski, Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Xosep Borrelin Yaxın Şərqdəki münaqişənin Qərbin siyasi uğursuzluğu olduğuna dair fikirlərini şərh edərkən qeyd edib ki, Fələstin-İsrail və Ukrayna münaqişələrinin ümumi kökləri var:
"Onlar Birləşmiş Ştatlar və onun peyklərinin öz maraqlarını sırımağa yönəlmiş və digər ölkələrin, ilk növbədə qlobal təhlükəsizlik sahəsində maraqlarına məhəl qoymayan bir ildir davam edən siyasəti ilə bağlıdır" - o, deyib.