İtaliyada qanlı olay - PSJ-nin azarkeşi bıçaqlandı
7 Noyabr 2023 15:42 DünyaFransanın PSJ klubunun azarkeşi İtaliyada "Milan"a qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun oyunundan əvvəl bıçaqlanıb.
Olaylar.az xəbər verir ki, fanatın vəziyyəti ağırdır.
O, dünən səhər saatlarında xəstəxanaya aparılıb.
Daha əvvəl "Milan"ın 50 tərəfdarının həmin qarşılaşmadan əvvəl qonaq azarkeşlərə hücum etdiyi bildirilib. Onlar pirotexniki vasitələrdən, o cümlədən tüstü bombalardan istifadə ediblər.
Qeyd edək ki, "Milan" - PSJ görüşü bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək (report)
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31