Çin Yaxın Şərq münaqişəsində ədalətin tərəfindədir – ÖZƏL

"Pekin İsrail-Fələstin münaqişəsində həmişə sülh və ədalətin tərəfində olub".

Olaylar.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.

"İsrail-Fələstin münaqişəsi məsələsində Çin həmişə sülh və ədalətin tərəfində olub. Biz müvafiq tərəflərlə sıx əlaqə saxlamışıq. Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün Çin HƏMAS və İrana təsir göstərməlidir. Biz yanğını və partlayışları dayandırmaq üçün çox çalışırıq. Biz sülhü bərpa etməyə çağırırıq" - o, deyib. 

O vurğulayıb ki, Yaxın Şərq regionundan kənarda olan ölkələr, xüsusilə də böyük güclər obyektiv və qərəzsiz olmalı və gərginliyin azaldılması üçün birgə konstruktiv rol oynamalıdırlar.
Yaxın Şərq məsələsində Çin 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla, tam suverenliyə malik müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31