Rusiya-Qazaxıstan regionlararası forumunda ticarət sazişləri imzalanacaq - ÖZƏL
7 Noyabr 2023 14:45 Dünya"Noyabrın 9-da Kostanayda keçiriləcək Qazaxıstan və Rusiyanın Regionlararası Əməkdaşlıq Forumunun iştirakçıları ticarət-iqtisadi sazişlər imzalamaq niyyətindədirlər".
Olaylar.az xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini Serik Cumanqarin bildirib.
"Bu forum kənd təsərrüfatına həsr olunub. Bunlar kənd təsərrüfatının rəqəmsallaşması, gənclər və kənd təsərrüfatıdır. Orada sırf iqtisadi-ticarət əlaqələri müzakirə olunacaq. Ekspertlər, regionların rəhbərləri gələcək, regionlararası sazişlər, ticarət-iqtisadi sazişlər imzalanacaq" - baş nazirin müavini, bildirib.
Rəsmi qeyd edib ki, bu cür tədbirlər iki ölkə üçün faydalıdır, çünki orada vətəndaşlara və biznesə yaxın olan məsələlər müzakirə olunur. O əlavə edib ki, Rusiya Qazaxıstanın əsas ticarət tərəfdaşıdır və ötən ilin sonuna ikitərəfli ticarət dövriyyəsi 27 milyard dollar təşkil edib.