Ukrayna məsələsi Qərb, Avropa üçün artıq arxa plana keçib
7 Noyabr 2023 14:03 DünyaAvropalılar Zelenski və ukraynalılardan ötrü qışı soyuqda keçirməyi düşünmürlər
Qərb, Avropa köhnə ampluasındadır. Zaman-zaman öz maraqlarını təmin etmək, bu və ya digər regionda möhkəmlənmək üçün oyunlar qurar, milyonların ölümünə baiskar olar, ölkələri darmadağın edər, sonra da dağılmış şəhər və qəsəbələri bərpa etmək adı ilə ora sirayət edərək maraqlarınə təmin etmiş olar. Yaxın tariximizdə yaşananlar fonunda bunu aydın görmüşük. Moldova, Gürcüstan acı təcrübələrindən bunu aydın görmək mümkündür. Necə ki, zamanında Mixail Saakaşvilini yoldan çıxarib onu Rusiya ilə münaqişəyə cəlb etdilər, bir neçə aylıq lokal müharibə vəziyyəti yarandı, eləcə də Ukraynanı eyni tora salmağa nail oldular.
Necə ki, 2008-ci ilin avqustunda Gürcüstan paytaxtında Saakaşvili ilə müxtəlif pozlar verib Kremlin Tiflisə hücumuna nail oldular və sonra da "Qızılgül" inqilabının təşkilatçısını meydanda tək buraxıb onu rus ayısının pəncəsi altına sürüklədirlər, eyni ilə də indi Ukrayna dövləti Gürcüstanın, prezident Volodimir Zelenski isə Mixail Saakaşvilinin taleyini yaşayır.
15 il əvvəl Gürcüstanın xilaskarı kimi tarixə düşən Mixail Saakaşvilinin əliylə Qərb, Avropa Rusiyadan xilas olmağı qarşısına məqsəd qoymuşdu. Saakaşvili hakimiyyətinə dəstək vermək, Tiflisin küçələrində onunla qol-qola girib müxtəlif pozlarda şəkil çəkdirmək də Qərb, Avropa lidürlərinin nə gürcü xalqını istəkdən, nə də Saakaşviliyə olan hörmətdən irəli gəlirdi. Sadəcə gənc, çılğın biri kimi tanınan Mişanın əliylə Rusiyanı zəiflətmək planı idi əsas. Lakin həmin plan işə yaramadı və əksinə Rusiyanın əli daha da gücləndi.
Ukraynada isə ikiüzlü Qərbin planları bir qədər işı yaradı demək olar. Yenə Qərb, ikiüzlü Avropa tora salmağa adam tapmışdı. Bu dəfə də hədəfdə siyasi bilik və bacarıqları zəif olan, lakin Qərbə, Avropaya sərf edən çılğınlıq ortaya qoyan Zelenski idi. Beləliklə, Qərb, Avropa Rusiyanı zəiflətmək üçün daha bir ölkə rəhbərini rus ayısının pəncələri altına atdı.
Rusiya-Ukrayna müharibəsinin başladığı ilk aylarda beynəlxalq ekspertlər haqlı olaraq Ukraynanın Gürcüstan taleyi yaşayacağını deyirdilər. Çünki Qərbin, Avropanın yeganə məqsədi heç də Ukraynanın işğalçılığa son qoyması, Rusiyanı məğlubiyyətə uğratması deyildi. Məqsəd indi də Ukraynanın əli ilə, daha doğrusu bu ölkəyə verilən silahlarla Rusiyanı zəiflətmək, onu gücsüz vəziyyətə gətirmək idi. Qərbin, Avropanın bu planı indi demək olar ki, işə yarayıb. Gürcüstandan fərqli olaraq Ukrayna Qərb üçün zəif bənd olmadı. Kiyevə verdiyi silahların müqabilində Qərb Rusiyanı zəiflətməyə nail oldu. Ona görə də artıq Ukraynaya dəstəyin davamlı olması, onun öz ərazilərini işğaldan azad etməsi Qərb üçün maraqlı deyil. Artıq sadə ukraynalılar da onun fərqindədirlər ki, on minlərlə insan heç də Ukraynanın azadılığı uğrunda qurban getməyib. Bu qurbanlar Rusiya-Qərb qarşıdurmasının qurbanlarıdır. Diqqət edirsinizsəş artıq Kiyevin küçələrində də Qərb, Avropa liderləri gözə dəymir. Həmçinin, Ukraynaya hərbi yardım üçün bir-birinin bəhsinə girən Avropa ölkələri də indi ancaq öz təhlükəsizlikləri üçün düşünürlər. Onlar üçün Ukraynaya hərbi dəstək arxa plana keçib. Ona görə də artıq Ukraynanın Rusiya qarşısında məğlubiyyəti Qərbdə maraqlı deyil. Tam əksinə, Ukraynanın bir neçə yerə parçalanması, onun ərazilərinin qonşu Avropa dövlətləri tərəfindən mənimsənilməsi kimi məkirli, çirkin planlar da var ortada.
Bu arada Qərbin, Avropanın Rusiyaya qarşı sanksiyalarında da nisbətən yumşalmalar müşahidə edilməkdədir. Çox güman ki, yaxın vaxtlarda bu sanksiyalar bir qədər də yumşaldılacaq. Çünki Avropada artan təbii qazın qiymətləri qoca qitəni Rusiyaya qarşı bir qədər mülayimləşməyə məcbur buraxır. İndi avropalılar Zelenski və ukraynalılardan ötrü qışı soyuqda keçirməyi düşünmürlər. Qoca qitənin bir neçə ölkəsində keçirilən rəy sorğularının nəticələri belə deməyə əsas verir ki, Qərb, Avropa üçün artlq Ukrayna məsələsi arxa plana keçib.
Süleyman