İsrail nüvə silahına malik olduğunu təsdiq edir?
7 Noyabr 2023 12:59 Dünya"İsrail nazirinin Qəzzaya nüvə hücumu təşkil etmək ideyası barədə müzakirələr davam edir. Bu çıxışa münasibət birmənalı deyil. Birmənalı olan budur ki, Netanyahu kabinetinə daxil olan İsrailin irs naziri Amihay İliyahu İsrailin nüvə silahına sahib olmasını təsdiq etmiş oldu". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, bu vaxta qədər Təl-Əviv bu iddianı nə təsdiq, nə də inkar edirdi: "Düşünülür ki, bəyanatdan sonra BMT müşahidəçiləri və nüvə mütəxəssislərinin meydana çıxmasının vaxtıdır. Bu bəyanatla İsrail nüvə silahına sahib olduğunu açıq şəkildə təsdiq edir. Eyni zamanda Amerika Alimlər Federasiyası İsrailin təxminən 90-a yaxın nüvə başlığına malik olduğunu təxmin edir. Nüvə silahının indiki şəraitdə ortaya atılmasının məqsədyönlü olduğunu və hətta Baş Nazir Netanyahu tərəfindən hazırlandığını da düşünənlər var. Bununla o, həm HƏMAS və onun regiondakı tərəfdarlarını hədələyir, həm də ABŞ və onun müttəfiqlərinə mesaj verir ki, bizi lazım olan səviyyədə dəstəkləməsiniz biz nüvə silahından istifadə edə bilərik".