G7 xarici işlər nazirləri Tokioda Yaxın Şərq və Ukraynanı müzakirə edəcəklər - ÖZƏL
7 Noyabr 2023 12:04 DünyaYeddilik Qrupu xarici işlər nazirləri Fələstin və İsrail arasında son gərginliyi və Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün noyabrın 7-8-də Tokioda görüşəcək.
İclasa sədrlik edəcək Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bu yaxınlarda həmkarları ilə danışıqlar aparmaq üçün İsrail, Fələstinə və İordaniyaya səfər etdiyi Yaxın Şərq turundan qayıdıb.
G7 xarici işlər nazirlərinin Tokioda birgə bəyanat verib-verməyəcəyi hələlik məlum deyil. Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Yaponiya bu məsələni G7 müttəfiqləri ilə razılaşdıracağını dediyi üçün bunu müzakirə etmək hələ tezdir. Bununla belə, mənbələr bildiriblər ki, hazırda "HƏMAS-ın terror hücumunu" pisləyən və humanitar məqsədlər üçün atəşkəsə çağıran sənəd hazırlanır.