Türkiyə Böyük Millət Məclisindən İsrail məhsullarını boykot qərarı- ÖZƏL
7 Noyabr 2023 12:02 DünyaTürkiyə Böyük Millət Məclisinin (TBMM) şəhərciyindəki restoran, bufet və çay evlərində İsrailə dəstək verən şirkətlərin məhsulları satılmayacaq.
"OLAYLAR"-ın xəbərinə görə, Türkiyə Böyük Millət Məclisi Rəyasət Heyətindən verilən açıqlamada qeyd edilir ki, TBMM-nin Qəzzada günahsız insanları qətlə yetirən İsrailin hərbi cinayətlərinə dəstək verdiyini açıq şəkildə bəyan edən şirkətlərin məhsul və mallarını boykot etmək üçün ictimai maarifləndirmənin dəstəklənməsinə qərar verilib.
Açıqlamada vurğulanır ki, TBMM sədri Numan Kurtulmuşun göstərişi ilə İsrailin Qəzzada törətdiyi soyqırım cinayətinə dəstək verən şirkətlərin məhsulları Parlament şəhərciyində və obyektlərdə restoran, yeməkxana və çayxanalarda satılmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31