Böyük Britaniyanın XİN rəhbəri "G7" görüşündə iştirak edəcək
7 Noyabr 2023 11:57 DünyaBöyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "G7" ("Böyük Yeddilik") ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
Olaylar.az xəbər verir ki, Kleverli görüşdə iştirak etmək üçün Yaponiyaya yollanacağını deyib.
Britaniyalı nazir həmçinin Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə görüşəcək. Görüşdə iki ölkə naziri təhlükəsizlik sahəsində tərəfdaşlıq məsələlərini müzakirə edəcək
Qeyd edək ki, "G7" XİN rəhbərlərinin Yaponiyada keçiriləcək ikinci görüşündə İsrail-Fələstin müharibəsi, Ukraynadkı vəziyyət, iqtisadi təhlükəsizlik və qlobal ticarət müzakirə olunacaq. (Trend )
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31