Yanvar-oktyabr aylarında Çinin kömür idxalı 66% artaraq 383 milyon tona çatıb - ÖZƏL
7 Noyabr 2023 11:41 Dünya"2023-cü ilin yanvar-oktyabr aylarında Çinin kömür idxalı (linyit daxil olmaqla) 66,8% artaraq 383,64 milyon ton təşkil edib".
Olaylar.az xəbər verir ki,bu barədə məlumatı Çinin Baş Gömrük İdarəsi verib.
Gömrük xidmətinin saytında açıqlanan rəqəmlərə görə, dəyər ifadəsində kömür idxalı hesabat dövründə 26,7% artaraq 43,23 milyard dollara çatıb.
Oktyabrda Çinin kömür idxalı aylıq müqayisədə 14,5% azalaraq fiziki ifadədə 35,99 milyon tona, pul ifadəsində isə 11% azalaraq 3,55 milyard dollara düşüb.
Rəsmi məlumatlara görə, Rusiyanın Çinə kömür tədarükü ötən illə müqayisədə 11,2% artaraq 59,52 milyon tona çatıb.
2022-ci ildə Çin kömür idxalını (linyit daxil olmaqla) 9,2% azaldaraq 293,4 milyon tona çatdırıb.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun