Ermənistanda keçmiş deputat saxlanıldı

Ermənistan parlamentinin keçmiş üzvü Araqas Axoyan saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.  Bildirilib ki, o, sosial şəbəkə səhifəsində zorakılığa çağırışa material yerləşdirib.

Qeyd edək ki, o, 2021-ci il yanvarın 28-də İrəvandakı "Respublika" meydanında baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərdən olub. Onda Axoyan bir neçə nəfərlə birlikdə hökumət binasını ələ keçirməyə cəhd göstərmişdi.

Məlumata görə, 2022-ci ilin aprelində məlum olub ki, Axoyan Ermənistan Cinayət Məcəlləsinin zorakılığa açıq çağırışlar, ictimai əsaslandırma və ya zorakılığın təbliği maddələri ilə ittiham olunub.

Araqas Axoyan 2010-2012-ci illərdə Qagik Sarukyan və Robert Koçaryanın təsis etdiyi "Çiçəklənən Ermənistan" Partiyasından deputat olub. (report)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31