Tramp Ukraynaya getməkdən imtina edib
7 Noyabr 2023 10:58 DünyaABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukraynaya səfər etməkdən imtina edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Newsmax" kanalı məlumat yayıb.
"Mən prezident Zelenskiyə çox hörmət edirəm, lakin düşünürəm ki, indi Ukraynaya səfər etmək yersiz olardı. Hazırda onunla Bayden administrasiyası işləyir və maraqların toqquşmasına səbəb olmaq istəməzdim", - ABŞ-nin keçmiş prezidenti deyib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ötən gün "NBC" kanalına müsahibəsində Donald Trampı Ukraynaya dəvət etdiyini deyib. (Trend)
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31