"Qəzza zolağının 1,5 milyona yaxın sakini evlərini tərk edib"
6 Noyabr 2023 23:23 DünyaFələstin-İsrail münaqişəsinin eskalasiyası nəticəsində Qəzza zolağında 1,5 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə birifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Qəzzada elektrik enerjisinin kəsilməsi davam edir. Təxminən 1,5 milyon insan evlərini tərk etmək məcburiyyətində qaldı, 700 mindən çox insan nəzarətsiz sığınacaqlara yerləşib. Bu obyektlərin 150-si gücündən artıq doludur", - deyə o bildirib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31