Bayden ilə Netanyahu Qəzzada baş verənləri müzakirə ediblər

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Qəzza zolağında baş verənləri müzakirə ediblər.

Qeyd edək ki, son bir neçə həftə ərzində Amerika və İsrail liderləri Yaxın Şərqdə gərginliyin artması ilə bağlı azı doqquz telefon danışığı aparıblar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31