İsrailin Qəzzada hərbi əməliyyatı daha böyük münaqişəyə səbəb ola bilər - ÖZƏL

"İsrailin Qəzza zolağında hərbi əməliyyatı regionun hüdudlarından kənara çıxa biləcək daha böyük münaqişəyə səbəb ola bilər".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

"İsrailin indi gördüyümüz üsullardan istifadə edərək Qəzzada potensial güc hərəkəti beynəlxalq humanitar hüququn ən açıq şəkildə pozulması, mülki əhalinin kütləvi ölümü, bütün regionu əhatə edə biləcək daha genişmiqyaslı münaqişəyə səbəb olmaq təhlükəsi yaradır" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31