Litva və Estoniyadan Moskvaya etiraz

Olaylar.az lenta.ru-a istinadən xəbər verir. 

Litva Xarici İşlər Nazirliyi Katolik Kilsəsinin xadimi, arxiyepiskop və respublikanın keçmiş xarici işlər naziri

Reynisin adı yazılmış lövhənin sökülməsinə etirazını bildirib. Oktyabrın 24-də Rusiyanın Litvadakı səfirliyinin müvəqqəti işlər vəkili Aleksandr Elkin nazirliyə çağırılıb və ona etiraz notası təqdim edilib. Bildirilibki, Rusiya Federasiyasının məsul orqanları bu məsələyə aydınlıq gətirməli, günahkarları məsuliyyətə cəlb olunmalı və xatirə lövhəsinin dərhal bərpası həyata keçirilməlidir.

Vladimirdəki memorial divarın sökülməsi ilə bağlı Estoniyanın Moskvadakı səfirliyi də Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.

Qeyd edilib ki, bundan əvvəl Sankt-Peterburqda Levaşovski qəbiristanlığında ucaldılan repressiyaya məruz qalan polyakların xatirə abidəsi yoxa çıxıb. Daha sonra şəhər rəhbərliyi abidənin vandallar tərəfindən zədələndiyini və yenidən qurulmağa göndərildiyini dəqiqləşdirib. Diplomat xatırladıb ki, lövhələrdən biri II Dünya Müharibəsindən əvvəl Estoniya Silahlı Qüvvələrinin ali baş komandanı Yohan Laydonerə həsr olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31