Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı
23 Oktyabr 2023 15:24 SosialBu gün saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilib.
Elm və Təhsil Nazirliyindən Olaylar.az-a verilən xəbərə görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23-31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31