İranda Tacikistan vətəndaşına edam cəzası verildi
23 Sentyabr 2023 14:16 DünyaŞahçıraq ziyarətgahının zəvvarlarına və işçilərinə silahlı hücumda təqsirləndirilən tacikistanlı Mustafa Əsləm Yar iki dəfə ölüm cəzasına məhkum edilib".
Olaylar.az oxu.az-a istinadən bildirir ki, "Azad İran" "Telegram" kanalı xəbər verir ki, Fars əyalətinin baş hakimi Seyid Kazım Musəvi belə bir qərar qəbul edib.
Qeyd edək ki, məhkəmə təqsirləndirilən ikinci və üçüncü şəxslərin hər birini 5 il müddətinə azadlıqdan məhrum etmə və İrandan deportasiya cəzasına məhkum edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31