Kanada Ukraynaya 35 dron verəcək
23 Sentyabr 2023 12:18 DünyaKanada Ukraynaya yeni hərbi paket ayırıb.
Olaylar.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Ukrayna prezidenti ilə birgə mətbuat konfransında bildirib.
Yeni hərbi yardım paketinə 35 pilotsuz uçuş aparatı (PUA), döyüş sursatı, "Leopard 2" tankları daxildir.
Bundan əlavə, Kanada Kiyevə pilotların F-16 qırıcılarında təlim keçməsində və "Leopard 2" tanklarının saxlanmasında kömək göstərəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31