Paşinyan Almaniya kansleri ilə DANIŞDI
23 Sentyabr 2023 10:21 DünyaBaş nazir Nikol Paşinyan Almaniya kansleri Olaf Şolzla telefon danışığı aparıb.
Olaylar.az musavat.com-a istinadən bildirir ki, tərəflər Qarabağ ətrafındakı hərbi-siyasi vəziyyət və onun aradan qaldırılması üçün atılacaq addımları müzakirə ediblər.
Qarabağdakı erməni əhalinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinin zəruriliyi vurğulanıb. Onlar Ermənistan-Almaniya əməkdaşlığının gündəliyində duran məsələlərə də toxunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31